Paytaxt Bakı yağış sularına hazırdırmı? - QURUM MÜNASİBƏT BİLDİRDİ

Bu gün səhər saatlarından etibarən Bakı şəhərində yenidən güclü yağış yağır. Yağan yağışın şəhər ərazisində problemlərə yol açmaması üçün müvafiq qurumlar işlərini davam etdirirlər.

Bakı Şəhər İcra Hakimiyyətindən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, BŞİH-nin bütün qurumları gücləndirilmiş iş rejiminə keçib. Həmçinin rayonlara cavabdeh şəxslər təyin olunub və idarənin məsul əməkdaşları yerlərdə yağışla bağlı yaranan problemlərin aradan qaldırılması üçün çalışır, ərazini nəzarətdə saxlayırlar. Hər hansı bir ərazidə fövqaladə hal yarandığı təqdirdə məlumat veriləcək və əraziyə müvafiq briqadalar yönləndiriləcək.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, normadan artıq yağan yağışlardan sonra ağır fəsadlar yaşanmasın deyə lazımi bütün işləri görülür. Yağış sularını axıtmaq üçün istifadə olunan drenaj sistemləri və tullantı sularını daşıyan xətlər, kollektorlar mütəmadi təmizlənir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə