Depressiya, xərçəng və ölüm..?

...Televizor, kompüter qarşısında oturmaq vərdişi, ümumiyyətlə, oturaq həyat tərzi sağlamlığınızı korlayır. Fiziki fəaliyyətin olmaması səbəbindən hipertoniyanın inkişaf riski artır və artıq çəki əldə etmək ehtimalı artır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rospotrebnadzor xəbərdar edir.

Onlar xatırladıblar ki, fiziki hərəkətsizlik əzələləri və bədənin ümumi dözümlülüyünü zəiflədir.

Üstəlik, narahatlıq və depressiyaya düşmə riski artır. Fiziki fəaliyyətin olmaması da bəzi xərçəng növləri, o cümlədən kolon, uşaqlıq və döş xərçəngi riskini artırır.

...Ümumiyyətlə, oturaq həyat tərzinə meyl erkən ölüm üçün risk faktorudur.

Bunu həkimlər qeyd etdilər.

Sağlam qalmaq üçün böyüklər üçün gündə ən azı 30 dəqiqə, uşaqlar və yeniyetmələr üçün isə 60 dəqiqə hərəkət etməyi tövsiyə edirlər. Eyni zamanda, idman zalına ehtiyac yoxdur - fitnes mərkəzinə getmək əvəzinə bağçılıq, ev işləri ilə məşğul olmaq və ya sadəcə təmiz havada gəzinti etmək olar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə