Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir

Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir

Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin sığortalanması üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini noyabrın 18-nə qədər AMB-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim edə bilərlər.

Təkliflərə noyabrın 18-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə