“Bizi qarşıda mütləq qrip pandemiyası gözləyir“ - İNFEKSİONİST

“İnfeksion, yəni yoluxucu xəstəliklər çox müxtəlifdir. Törədici mikrob, bakteriya, virus, göbələk və s. asılı olaraq müxtəlif ağırlaşmalar ola bilər. Məsələn, dörd karantin infensiyası var. Belə ki, vəba, taun, sarı qızdırma və təbii çiçək bura aiddir. Bunlar xüsusi təhlükəli infeksiyalardır, bəşər tarixi boyu böyük pandemiyalara səbəb olublar”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Adil Qeybulla deyib.

O bildirib ki, infeksion xəstəliklər törədicidən asılı olaraq müxtəlif cür keçir: “Covid-19 pandemiyası da təhlükəlidir. Eyni zamanda bizi qarşıda mütləq qrip pandemiyası gözləyir. Çünki qrip daim mutasiyaya uğrayır və nə vaxtsa pandemiya olaraq qarşımıza çıxacaq.
Digər tərəfdən viruslar daim mutasiyaya uğradığına görə onlar nə vaxtsa çox ağır formada özlərini göstərirlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə