“Xərclərin optimallaşdırılması üçün süni intellektin tətbiqi mühümdür” - EKSPERT

“Xərclərin optimallaşdırılması üçün süni intellektin tətbiqi mühümdür” - EKSPERT

“Bir ölkədə süni intellektin əsaslı tətbiqindən danışırıqsa, ilk olaraq həmin ölkədə infrastruktur baxımından rəqəmsal texnologiyanın, savadlılığın artırılması vacib rol oynayır. Rəqəmsal infrastrukturun tətbiq edilməsi fonunda da ən böyük hazırlığı dövlət qurumları həyata keçirir. Belə ki, ölkə daxilində nə qədər yüksək səviyyədə infrastruktur varsa, bir o qədər də süni intellektin tətbiqi geniş yayılır. Buna görə də məhz bu istiqamətdə ən böyük addımlar hazırda dövlət qurumları tərəfindən atılır”. Bu sözləri SİA-ya açıqlamasında Tedroid Medianın icraçı direktoru Bəxtiyar Həsənov deyib.

O bildirib ki, dövlət qurumlarında süni intellektin tətbiqi xüsusilə vətəndaşların işini asanlaşdırır: “Korporativ şirkətlərdə də süni intellektin tətbiqi xüsusilə müştərilə və korporativlər arasında baş verən əlaqənin və digər proseslərin məhz süni intellektlə həyata keçirilməsi fonunda aktiv rol oynayır.
Müxtəlif sahələr üzrə xərclərin optimallaşdırılması üçün süni intellektin tətbiqini müşahidə edə bilirik.

Süni intellektin bizə imkan verir ki, istənilən problem olan sahədə həmin problemlərə daha sürətli və yerindəcə həll yolları gətirək. Hazırda ölkəmizdə və korporativlərdə hansı problemlərin daha çox ön planda olmasına diqqət yetirməliyik. Bununla da süni intellektin tətbiqini o sahə üzrə həyata keçirməliyik. Bunlardan biri və hazırda ən çox müzakirə olunanı nəqliyyat sektorunda süni intellekt əsaslı infrastrukturun qurulmasının təmin edilməsidir. Xüsusilə ağıllı işıqforların şəhər ərazisində geniş tətbiq edilməsi məsələsi gündəmdədir. Bu cür süni intellektin tətbiqi yollarda hərəkəti daha optimal edəcək. Hansı ki, paytaxt ərazisində ən aktual və süni intelletin hazırda tətbiq oluna biləcək, müxtəlif xarici şirkətlərə mükəmməl test şəraiti olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə