İnklüziv cəmiyyətin inkişafına töhfə verən Mərkəzdə hazırda həssas qruplara aid 160-dək benefisiar təlimlərdən yararlanır. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışından 3 il ötür. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci il oktyabrın 22-də açılışı olan Mərkəz Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin əsas məqsədi əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar və digər həssas qruplara aid şəxslərin istedad və bacarıqlarının inkişafına, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.
Mərkəz 121 nəfərlik auditoriumdan, müxtəlif peşə-yaradıcılıq otaq və studiyalarından, kitabxanadan, inzibati otaqlardan, yeməkxanadan və s. ibarətdir. Burada 14 fəaliyyət istiqaməti (rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma, bədii oyma, kulinariya, səhnə ifaçılığı və s.) üzrə təlimlər təşkil edilir.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən dövrdə 580-dək şəxsə xidmət göstərilib və hazırda Mərkəzdə həssas əhali qruplarından olan 160-a yaxın benefisiar təlimlərdən yararlanır. Həmçinin bu vaxtadək Mərkəzdə həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün 100-dən çox tədbir təşkil olunub.
Mərkəzin benefisiarlarının əl işləri ölkəmizin hüdudlarından kənarda təşkil olunan 2 beynəlxalq tədbirdə - 4-cü Qış Olimpiya Oyunları çərçivəsində Cənubi Koreyanın Qanqvon əyalətində əlilliyi olan gənclərin əl işlərindən ibarət sərgidə, həmçinin Cenevrədə Millətlər Sarayında 2 aprel - Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş ekspozisiyada nümayiş etdirilib.
Mərkəzdə müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərlə bərabər, sosial pedaqoji və psixoloji dəstək xidmətləri də göstərilir. Cari il ərzində də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas əhali qruplarından olan şəxslərə 1400-dən çox sosial pedaqoji inkişaf və psixoloji dəstək xidmətləri göstərilib.
Ötən ilin noyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllıda “DOST EVİ” filialının da açılışı olub.
Filialda 10 istiqamət üzrə 6 emalatxana - dulusçuluq, bədii oyma, misgərlik və zərgərlik, dərzilik və kəlağayı, xalçaçılıq, toxuma və bədii tikmə, un məmulatları emalatxanaları fəaliyyət göstərir. Həmin filal da bölgədə yaşayan həssas qrupların yaradıcıl potensialının inkişaf etdirilməsinə xidmət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Əsgəranda yeni layihənin icrasına başlanılıb
İqtisadiyyat 15:41Aqrar Sığorta Fondu Türkiyədə TARSİM-in təcrübəsini öyrənir
İqtisadiyyat 15:26Bələdiyyələr qrant ala biləcək
Siyasət 15:23Milli Məclisdə yeni işçi qrup yaradılıb
Siyasət 15:14Rusiya daha bir yaşayış məntəqəsini ələ keçirdi
Dünya 15:08"Bu qədər çirkinləşməyi özümə sığışdırmıram" - İNFLUENSER DANIŞDI
Şou-Biznes 14:43Babək prospektində köməkçi yolda ağac aşıb
Hadisə 14:26Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilib
Hadisə 14:07Qəzzada ölənlərin sayı artıb
Dünya 13:52Bakının Əhmədbəy Ağaoğlu küçəsi təmir olunub - FOTO/VİDEO
İqtisadiyyat 13:41Sabah yağış yağacaq - PROQNOZ
Sosial 13:38Yerə siqaret atmağa görə cərimələr artırıldı
Sosial 13:36COP29 Azərbaycan Əməliyyat Şirkəti dayanıqlı enerji həllərini tətbiq edəcək
İqtisadiyyat 13:27Ombudsman Aparatı seminar keçirib
Siyasət 13:18DYP hava şəraiti ilə bağlı müraciət edib
Hadisə 12:13Aksiz markasız 400 mindən çox siqaret aşkar edilib
Hadisə 12:07Bakıda məktəbin hasarı uçub
Hadisə 11:55Bakıda qızını öldürməyə cəhd edən ataya hökm oxunub
Hadisə 11:46“Azərbaycan Dəmir Yolları” milli standartlaşdırma proqramı üzərində işləyir
İqtisadiyyat 11:34Lerik rayonunun Rvarud kəndinə qar yağır
Hadisə 11:16Ötən gün təhvil götürülən silah-sursatın sayı
Hadisə 11:14Milli Məclisdə növbəti plenar iclas keçirilir - GÜNDƏLİK
Siyasət 11:00Lənkərançayda suyun səviyyəsində artım qeydə alınıb
Hadisə 10:40Hakimlər təlimlərə cəlb edilib - FOTOLAR
İqtisadiyyat 10:31Musa Qasımlı bu vəzifədən azad edilib
Siyasət 10:28NYMEX əmtəə birjasında təbii qaz bahalaşıb
İqtisadiyyat 10:24Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 10:23Qadını döyən şəxslər saxlanılıb
Hadisə 10:22Hacıqabulda ev yanıb
Hadisə 10:20Hizbullah Təl-Əvivə raket atıb
Dünya 10:20“Yaşıl enerji” əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - FOTOLAR
İqtisadiyyat 10:11Nazirlik memorandum imzalamaq imkanını nəzərdən keçirir
İqtisadiyyat 09:50Cənubi Koreya öz ordusunu Ukraynaya göndərir...
Dünya 09:43Özəl xəbərlər
Digər xəbərlərRusiya daha bir yaşayış məntəqəsini ələ keçirdi
Dünya 15:08"Bu qədər çirkinləşməyi özümə sığışdırmıram" - İNFLUENSER DANIŞDI
Şou-Biznes 14:43Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8395 -0,36%
- GBP 2,2101 -0,32%
- RUB 0,0176 -1,14%