Keçiddə pilləkənlər niyə təhlükəli vəziyyətdədir? - QURUMDAN AÇIQLAMA

Xırdalan dəmiryol stansiyasının yaxınlığında yerləşən keçiddə pilləkənlər təhlükəli vəziyyətdədir. Sakinlər iddia edirlər ki, taxtadan hazırlanan bu pilləkənlər hər an qırılaraq ciddi problemlərə səbəb ola bilər. Onlar bu keçiddən qorxur və çətinliklə istifadə edirlər. Bu keçidi üstüörtülü piyada keçidləri kimi hazırlamaq və sakinlərin də iddia etdikləri kimi təhlükəsiz vəziyyətə gətirmək mümkündür? SİA mövzu ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə sual ünvanlayıb.

Qurumdan məsələyə aydınlıq gətirlərək bildirilib: "Uzunluğu 65.9 m olan keçid 1975-ci ildə taxta konstruksiya ilə layihələndirilib və inşa edilib. Keçidə vaxtaşırı texniki baxış keçirilir və saz vəziyyəti yoxlanılır. Sözügedən keçid piyadaların istifadəsi üçün təhlükəsiz vəziyyətdədir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə