Hacıqabulda ağacəkmə aksiyasına 300-dən çox adam qoşulub

2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Hacıqabul rayonunda ağacəkmə aksiyası təşkil olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, aksiyada ümumilikdə 350 nəfər iştirak edib.

Ağacəkmə aksiyası zamanı Bakı-Qazax magistral yolun Atbulaq kəndi, Pirsaat və Navahı qəsəbələri ərazilərindən keçən hissəsinin kənarlarında oleyandr, lelandra, tuya və digər həmişəyaşıl ağacları olmaqla, ümumilikdə 1000 ədəd ağac əkilib. Yeni əkilən tinglər suvarılıb, onlara aqrotexniki qaydada qulluq göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə