Vilayət Eyvazov jurnalistlərə TƏŞƏKKÜR ETDİ

Xəbər verdiyimiz kimi, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu gün kollegiya iclası keçirib. SİA-nın məlumatına görə, iclasda hüquqazidd əməllərin qarşısının alınmasında vətəndaşların fəallığının artırılmasına toxunan nazir qeyd edib ki, cinayətkarlığa, onun transmilli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə, yol hərəkəti təhlükəsizliyinin təminində müşahidə olunan müsbət təmayüllər məhz günbəgün möhkəmlənən polis-vətəndaş münasibətlərinin təzahürüdür və bu işbirliyi fundamental insan hüquqlarının müdafiəsində, hər bir şəxsin qanuni mənafeyinin cinayətkar qəsdlərdən qorunmasında mühüm rol oynayır.

Nazir cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanlarına yaxından köməklik edən və yüksək mövqe nümayiş etdirən hər bir şəxsə – jurnalistlərə, ictimai fəallara, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə minnətdarlıq ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə