"Həmin müdavimlər bizim müəllimlərimiz olublar" - Mahirə Hüseynova
"Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) həyatında çox maraqlı hadisələr olub və olmaqdadır". SİA xəbər verir ki, bu sözləri filologiya elmləri doktoru, professor Mahirə Hüseynova deyib.
Onun sözlərinə görə, amma bu gün daha maraqlı bir hadisənin şahidi oluruq: "Bu gün biz İrəvanın Azərbaycanlı pedaqoji məktəbinin 100 illik yubileyini qeyd edirik. 100 yaşlı qocaman ADPU-da 100 yaşlı İrəvan Azərbaycanlı pedaqoji məktəbinin 100 illiyini qeyd edirik. Hansı ki, onlar Azərbaycan elmi ictimaiyyətinə çox önəmli iz qoymuş pedaqoji məktəbdir. Həmin pedaqoji məktəb İrəvanda ədəbi-mədəni mühitin nə qədər güclü olduğunu və həmin ədəbi-mədəni mühitdə nə qədər güclü müdavimlər olduğunu göstərir. Həmin müdavimlər bizim müəllimlərimiz olublar. Önəmli hadisə odur ki, müqəddəs təhsil ocağında müqəddəs təhsil ocağının yubileyini qeyd edirik. Hər birimizin gözümüz aydın. İnşallah bu yubileyi İrəvanda da edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB