"Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində çox möhtəşəm bir tədbir həyata keçirilir". SİA xəbər verir ki, bu sözləri müsahibəsində Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.
Onun sözlərinə görə, İrəvan Azərbaycan pedaqoji məktəbinin 100 illik yubileyidir: "Əlbəttə, İrəvanın Azərbaycan şəhəri olması bizim hamımıza məlumdur. Amma bununla yanaşı biz onu da bilirik ki, müəyyən tarixi dövrdən sonra İrəvan ermənilər tərəfindən mənimsənilməyə çalışılıb. Burada əhalinin sayı tədricən ermənilərin xeyrinə süni şəkildə azaldılıb.
Pedaqoji məktəb haqqında çıxışlarda göstərildi ki, həmin məktəb İrəvan üçün 1924-cü ildən başlayaraq, 20, 30, 40-cı illərdə həm məktəb olub, həm mədəniyyət mərkəzi olub, həm elm mərkəzi olub. Azərbaycanlılığın bütün miqyası ilə ifadəsi üçün çox möhtəşəm bir mərkəz olub. İllərlə də davam edib. Çox aydın təsəvvür yaranır ki, bu məktəbin miqyası necə olub. Bu məktəbdə kimlər oxuyub. Mindən artıq bizim ziyalımızı bu məktəb yetişdirib. Bu insanlar sonra Azərbaycanda da, Qərbi Azərbaycanın özündə də fəaliyyət göstəriblər və mühit yaranıb. Bu mənada bu tədbir çox əhəmiyyətlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB