Təhsil işçilərinin 600-dən yuxarı bal toplayan övladları mükafatlandırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan tələbələri mükafatlanıdırıb.

“İki sahil” xəbər verir ki, ilk dəfə olaraq Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan tələbələrə 200 (iki yüz) manat məbləğində pul mükafatı verilib.

Mükafat valideynlərindən biri təhsil sahəsində çalışan və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına üzv olan tələbələrə verilib. Bu tədris ilində ümumilikdə ölkə üzrə 3228 nəfər abituriyent 600-dən yuxarı bal toplayıb. Bugünə qədər 499 tələbəyə pul mükafatı ödənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə