Əlilliyi olan şəxslər və gənclər arasında şahmat turniri keçirilib - FOTOLAR

“Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Fiziki məhdudiyyətli şəxslər üçün dəstək tədbirləri” adlı layihə çərçivəsində əlilliyi olan şəxslər və gənclər arasında şahmat turniri keçirib. SİA xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Biz bir ailəyik” əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sədri Günay Ağazadə məlumat verib ki, layihənin əsas məqsədi əlilliyi olan şəxslərin mədəni istirahətinin təşkili, yaradıcılıq, idman və digər qabiliyyətlərinin üzə çıxarılması, onların mükafatlandırılması, cəmiyyətə inteqrasiyasına əlavə təkan verilməsi, sağlam mənəvi körpünün yaradılmasıdır. Əlavə edib ki, idman və intellektual yarışlar əlilliyi olan insanlar arasında çox maraqla qarşılanır. Həmçinin bu cür tədbirlərə ictimai maraq da böyükdür. Belə tədbirlər əlilliyi olan insanlar üçün bir stumuldur.
Turnirdə qız və oğlan təmsilçi olmaqla 60 nümayəndə iştirak edib, öz məharətini və intellektini göstərib. Onlar arasında yarış Olimpiya sistemi üzrə keçirilib. Gərgin mübarizə şəklində gedən turnirdə qızlar arasında birinci yerin qalibləri Xədicə Babazadə, ƏfsanəMəmmədəliyeva, Rəvan Şatırov, Orxan Bağırov, ikinci yerin sahibləri Yağmur Muradlı, Çimnaz Ağazadə, Cavanşir Əlizadə, Qabil Alxasov olub, üçüncü yeri də Sənan Əliyev, Rifat Mehtizadə, Jalə Hacıyeva, Ləman Əzizzadə tutublar.
Sonra rəsmi mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Keşlə Bələdiyyəsinin sədr müavini İradə Həsənova, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Gülşən Behbuda, Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin şöbə müdiri Ramil Mehdiyev çıxış ediblər.
Çıxışlardan sonra təltifetmə olub, qaliblərə diplomlar, medallar və kuboklar, yarış iştirakçılarına isə sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə