Nazir onu Mətbuat xidmətinin rəisi vəzifəsinə TƏSDİQLƏDİ - FOTO

Ədliyyə naziri Fərid Əhmədov Nazirliyin Mətbuat xidmətinə rəis təyin edib. SİA-nın məlumatına görə, sözügedən vəzifəyə Ləman Hüseynzadə gətirilib.

O, bu ilin iyun ayında Mətbuat xidmətinin rəisi vəzifəsini müvəqqəti icra etməyə başlayıb.

Qeyd edək ki, Ləman Hüseynzadə 1991-ci ildə anadan olub. O, 2012-ci ildə bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasını, 2014-cü ildə isə magistr dərəcəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər və diplomatiya ixtisasını bitirib.

Ləman Hüseynzadə 2014-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunda müxtəlif vəzifələrdə, 2023-2024-cü isə illərdə həmin sektorun rəhbəri vəzifəsində çalışıb.

O, 2024-cü ilin aprel ayında Ədliyyə Nazirliyinə qulluğu qəbul edilib.

Xatırladaq ki, idarə səlahiyyətində olan Mətbuat xidmətinin adı İnsan hüquqları və kommunikasiya idarəsi olub və bura Aynur Sabitova rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə