"Ölkəmizin bütün dünyaya nümunə göstərdiyini söyləyə bilərəm" - BAHAR MURADOVA

"“Yaşıl dünya naminə həmrəylik ili” və COP29 su ehtiyatlarının mühafizəsinə və digər məsələlərə yönəlmiş çox vacib platformalardır". SİA xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, bu çərçivədə təhsilə əlçatanlıq, gender bərabərliyi, yüksək ixtisaslı mütəxəssis hazırlığı, ali və orta təhsil müəssisələrində bərabər imkanların bu kontekstdə cəmiyyət və dövlətin inkişafı üçün də inkişaf üzrə hədəflərinin nə qədər vacib olduğunu söyləməyə imkan verir: "Əlbəttə, Azərbaycan 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş prioritetdən birini təsadüfi olaraq təmiz ətraf mühit və yaşıl artım ölkəsi kimi müəyyən etməyib. Bu çərçivədə artıq bir neçə il idi ki, ölkəmizin bütün dünyaya nümunə göstərdiyini söyləyə bilərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə