Oktyabrın 15-də AMEA-da “Siyasi varislikdən siyasi liderliyə: tarixi zəfərin memarı” mövzusunda tədbir keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ötən 21 il ərzində Azərbaycanın böyük uğurlara imza atdığını bildirib. Qeyd olunub ki, 2003-cü il oktyabrın 15-də Prezident seçilmiş İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə cəmiyyət həyatının bütün sahələri sürətlə inkişaf edib. Xalqımıza qələbə sevinci yaşadan Prezident İlham Əliyev müstəqil siyasət həyata keçirən dövlətin qüdrətli rəhbəridir və bu günün reallıqlarını obyektiv şəkildə qiymətləndirdiyi kimi, sabahın üfüqlərini də dəqiq proqnozlaşdıran liderdir.
Diqqətə çatdırılıb ki, Azərbaycanın COP29 kimi nüfuzlu tədbirə ev sahibliyi etməsi dövlətimizin başçısının ölkəmizdə və beynəlxalq arenada həyata keçirdiyi uğurlu siyasətin nəticəsində reallaşıb.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı güclü dövlətə çevirib və respublikamızın bütün ərazilərində dövlət suverenliyimiz tam bərpa edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə