2024-cü ilin yanvar-avqust ayları ərzində qeydə alınan nikah və boşanmaların sayı məlum olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 30788 nikah və 14248 boşanma halları qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,0-dan 4,5-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə