Müşfiqabada su niyə verilmir - PROBLEM NƏDİR? - QURUM RƏSMİSİ AYDINLIQ GƏTİRDİ

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 3 gündür sakinlər susuz qalıb. Bəs, buna səbəb nədir? Nə zaman su bərpa olacaq?

Məlumata görə, şəhərciyin sakinləri mövcud vəziyyətdən gileylənirlər. Sakinlərin sözlərinə görə, gündə yalnız bir dəfə su maşını su gətirir. Lakin bu su onlar üçün yetərli olmur. Sakinlər müvafiq qurumlardan bu problemin həllini tələb edilər.

SİA mövzu ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğludan bu barədə məlumat alıb.

Qurum rəsmisi bildirib ki, magistral içməli su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində qəza baş verməsi səbəbilə aparılan təmir işləri başa çatıb: “Hazırda suyun durulma prosesi gedir.

Bu gün axşam saatlarından suyun hissə-hissə verilməsinə başlanılacaq. Oktyabrın 10-u axşam saatlarından etibarən suyun ərazilərə əvvəlki rejimlə verilməsi bərpa olunacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə