Şüşəsi qırıq avtobus rəhbərliyi SİA-ya NƏLƏRİ DANIŞDI? - AÇIQLAMA

Dünən sosial şəbəkərlərdə 170 nömrəli avtobusun arxa qapısında şüşə olmadan hərəkət etməsi barədə məlumat yayılmışdı. Bəs, bu vəziyyətdə ictimai nəqliyyat necə idarə oluna bilər? Bu sərnişinlərə hansı təhlükə yaradır? Həmin sürücü ilə bağlı hansı tədbir görülüb? SİA mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucova sual ünvanlayıb.

Mətbuat katibi isə birbaşa həmin avtobusun aid olduğu şirkətin (“Monella MMC”) direktorunu bizə yönləndirib. Direktor İsmayılov Qurbanəli Nadir oğlu bildirib ki, dünən səhər saatlarında saat 08:00 radələrində sərnişinlərdən biri ehtiyatsızlıq ücbatından avtobus qapısının şüşəsini yerindən oynatmışdır: “Nəticədə şüşə çərçivə qarışıq qopmuşdur. Sərnişinləri növbəti dayanacaq məntəqələrində düşürərək daha sonra nəqliyyat vasitəsi təmirə aparılıb. Hazırda avtobus yenidən sərnişinlərə xidmət göstərir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə