“Azərbaycanda halal sənaye inkişaf edir” - Qoşqar Təhməzli

“Qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi üçün təcrübənin öyrənilməsində qlobal təhlükəsizliyin qurulması, beynəlxalq tələblərə tam uyğunlaşdırılması və yekun məhsulların təhlükəsizliyinin yüksəldilməsi prosesi həyata keçirilir. Hazırda qlobal halal sənaye inkişaf edir”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Halal Biznes və Turizm Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, Azərbaycanda da halal sənayenin inkişafı işi davam etdirilir: “Belə ki, halal sertifikatlaşdırma prosesinin 4 kateqoriyası müəyyənləşdirilib. AQTİ “HALAL” uyğunluq sertifikatının beynəlxalq səviyyədə tanıdılması üçün Türkiyə Respublikasının Halal Akreditasiya qurumuna müraciət edib. İlkin olaraq müəssisələrdən birində audit həyata keçirilib, müəssisədə halal kəsim qaydalarının tələblərinə uyğunluq qeydə alınıb. Dünyada qida təhlükəsizliyinin təmin edilməsi sahəsində nüfuzlu beynəlxaql təşkilatlarla əlaqələrin genişkəndirilməsi də çıxış bu sahədəki təcrübəmizi artırır. Həmçinin ixracın artırılması baxımından da ölkə iqtisadiyyatının bəhrələnməsinə mühüm töhfə verəcəkdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə