"Azərbaycan uzun illərdir ki, ətraf mühitə investisiya yatırır"

Bakıda olduğum müddət ərzində mən şəhərdə COP29 konfransına hazırlıq işləri, o cümlədən şəhərin müxtəlif görməli yerlərinə, xüsusilə İçərişəhərə baş çəkməklə ölkənizin mədəniyyəti və insanları ilə tanış olmaq üçün gözəl fürsət qazandım.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nigeriya Prezidentinin sabiq sözçüsü, ölkənin “The People’s Daily” qəzetinin direktoru Qarba Şehu bildirib.

“İqlim dəyişmələrinin ekosistemimizə vurduğu ziyanı heç kim inkar edə bilməz. Biz öz milli öhdəliklərimizi müəyyən edəcəyik. Ancaq istəyimiz ondan ibarətdir ki, dünyanın daha çox inkişaf etmiş ölkələri öz töhfələrini versinlər”, - deyə Q.Şehu əlavə edib.

“Ətraf mühitə ziyan dəyirsə, biz afrikalılar olaraq buna görə məsuliyyət daşımırıq. Buna görə məsuliyyəti sənayeləri inkişaf etmiş ölkələr daşıyır və bu zərəri aradan qaldırmaq üçün həmin ölkələr ödəniş etməlidir”, deyə o vurğulayıb.

“Bakıda gördüklərimdən bir şey aydın olur ki, Azərbaycan xalqının və hökumətinin ətraf mühitlə bağlı anlayışı təkcə COP29 konfransına ev sahibliyi etməkdən qaynaqlanmır. Azərbaycan uzun illərdir ki, ətraf mühitə investisiya yatırır, bu, məlum bir faktdır. Bakının parkları, şəhərdə gördüyüm yaşıllıqlar bunun bariz nümunəsidir. Mən Azərbaycana COP29 tədbirinin uğurlu keçirilməsini arzulayıram”, - deyə direktor bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə