Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvü Qalib Nuri Arifin “44 günlük Vətən müharibəsində əbədiyaşar Göyçay şəhidləri” kitabının təqdimatı keçirilib.
SİA xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətində təşkil edilən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabda 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş göyçaylılardan bəhs edilib.
Həmçinin vurğulanıb ki, şanlı Zəfər Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin müdrik siyasəti, ali diplomatik bacarığı, bütöv bir xalqın birliyi və rəşadətli ordumuzun şücaəti sayəsində qazanılıb.
Şəhid valideynləri kitabın müəllifinə təşəkkürlərini bildirib, yeni yaradıcılıq uğurları arzulayıblar.
Tədbir Rayon Mədəniyyət Mərkəzinin və Uşaq Gənclər İnkişaf Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə