“Emirates” aviaşirkətinin təyyarələrində peycer və ratsiyalar daşınması qadağan edilib

“Emirates” aviaşirkəti öz təyyarələrində peycer və ratsiyaların daşınmasını qadağan edib. SİA xəbər verir ki, şirkətin bildirişində qadağanın həm baqaj, həm də əl yükünə aid olduğu deyilir.

“Dubaya, Dubaydan və ya Dubay üzərindən uçan bütün sərnişinlərə qeydiyyatdan keçmiş baqajda və ya əl yükündə peycer və ratsiyalar daşımaq qadağan olunub. Aşkarlanan bu cür əşyalar Dubay polisi tərəfindən müsadirə ediləcək”, - deyə aviaşirkət bildirib.

Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanın müxtəlif ərazilərində çoxlu sayda rabitə qurğularında, əsasən peycer və ratsiyalarda partlayışlar baş verib. Livan hakimiyyətinin məlumatına görə, insident nəticəsində 37 nəfər ölüb, 3 mindən çox insan yaralanıb. “Hizbullah” hərəkatı partlayışların təşkilində İsraili günahlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə