Xəzər rayonunun Binə qəsəbəsində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Şöbəsinin (PŞ) əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən 1989-cu il təvəllüdlü Tural Səlimov saxlanılıb. SİA xəbər verir ki, araşdırma zamanı onun Binə qəsəbəsində ümumilikdə 7 evdən pul və qızıl oğurladığı müəyyən edilib. T.Səlimovun oğurladığı qızılları Nəsimi rayonunda yerləşən mağazalardan birinə satdığı məlum olub.
Saxlanılan şəxsin evlərdən ümumilikdə 27 min manata yaxın pul və qızıl oğurladığı müəyyən olunub. T.Səlimov barəsində Xəzər RPİ-nin 3-cü PŞ-də araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə