UNICEF-in nümayəndəliyi Müəllimlər Günü münasibətilə paylaşım edib

Müəllimlər bizim gələcəyimizi formalaşdırır: onlar öyrədir, həvəsləndirir və ruhlandırır. SİA xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyi “X” hesabında yazıb.

“Azərbaycanın bütün müəllimlərini peşə bayramları münasibətilə təbrik edir, onlara fədakarlıq tələb edən bu yolda uğurlar arzulayırıq”, - paylaşımda bildirilib.

Azərbaycanda 5 oktyabr Müəllimlər Günü 1993-cü ildən qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə