İqlim dəyişiklikləri ilə bağlı universitetlərin xüsusi şəbəkəsi yaradılacaq

“Cari ilin noyabr ayınadək universitetlərin iqlim dəyişiklikləri ilə bağlı xüsusi şəbəkəsi yaradılacaq”. SİA xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA Universitetində keçirilən "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda tədbirdə ADA Universitetinin prorektoru, deputat Fariz İsmayılzadə deyib.

O qeyd edib ki, məsələ hələ təklif formasındadır: “Müzakirələrin nəticəsi olaraq, şəbəkənin yaradılması istiqamətində konkret addımlar noyabradək müəyyənləşdiriləcək",-deyə F.İsmayılzadə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə