COP29-la bağlı hazırlanan nəqliyyat konsepsiyası necə olacaq? - MÜNASİBƏT BİLDİRİLDİ

"COP29-la bağlı hazırlanan nəqliyyat konsepsiyasının xüsusi özəlliyi ondan ibarətdir ki, bu konsepsiyada birbaşa gələcək planların yerləşdirilməsi, qarşılanması, onların daşınması, xidmətlərin göstərilməsini nəzərdə tutan bir konsepsiyadır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

O bildirib ki, hər hansı bir tədbir təşkil olunanda, əsas da beynəlxalq tədbirlərdə birinci növbədə onların daşınmasına, müəyyən hərəkət qrafikinə önəm verilir: "Bununla bağlı ölkəmizin kifayət qədər təcrübəsi var. Çünki indiyə qədər ölkəmizdə İslam Həmrəyliyi Oyunları, Avroviziya müsabiqəsi, digər tədbirlər keçirilib. Onların hamısında nəqliyyat konsepsiyası tam əlaqəli olmuşdur. Hətta onlar üçün müəyyən hərəkətedici qrafiklər, onların gediş-gəlişini rahatlatmaqdan ötrü avtobus zolaqları ayrılıb. Amma bu kifayət qədər böyük bir sahəni əhatə edir. Yəni əhalini əhatə edəcək. Bu, həddindən artıq böyük bir konsepsiyadır. Rəsmi məlumatlara görə 80 min qonağın gəlməsi aviabiletlərdən tutmuş, nəqliyyat infrastrukturu, o cümlədən daşınmalar, qarşılanma, yolasalma, hamısı çox böyük işlərdir. Ona görə də böyük fikirlər bildirmək olar. Əsas konsepsiya bu tendensiyanın üzərində qurulacaq. Daşınma, qarşılanma, yolasalma bu konsepsiyanın əsas işləri olacaqdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə