Əgər belə etsəniz mikroorqanizmlər sürətli şəkildə çoxala bilər - MÜTƏXƏSSİS FAKTLARI DEDİ

"Qida təhlükəsizliyi dedikdə biz qidanın tarladan süfrəyədək keçdiyi bütün yollarda, bütün qida zəncirlərində təhlükəsizlik qaydalarına əməl olunaraq istehlakçının sağlamlığına zərər vurmadan istifadə edə biləcəyi qidada bütün prosesləri nəzərdə tuturuq". Bu sözləri SİA-ya açıqlamasında sağlam həyat tərzi üzrə beynəlxalq təlimçi-ekspert, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ictimai şuranın üzvü Məhsəti Hüseynova deyib.

O bildirib ki, eyni zamanda da qida təhlükəsizliyi qaydaları hər bir mərhələdə aidiyyatı üzrə nəzarətdə olmalıdır ki, qidanın hər hansı bir zəncirində qırılma və qaydalara uyğun şəkildə aparılmasa, bu, insan sağlamlığına ciddi fəsadlar verə bilər: "Hər bir insanın, xüsusilə də istehlakçının qidalanma hüququ olduğu kimi, qidalar haqqında düzgün şəkildə məlumat almaq hüququ var. Bu da qanunvericiliklə tənzimlənir. Hazırda dünyada qida təhlükəsizliyinin idarə edilməsi üçün bir çox sistemlərdən istifadə olunur ki, bunlardan ən çox tanınmışı HASP olaraq tanınan təhlükəli faktorların analizi və kritik nəzarət nöqtələri sistemidir. Bu, demək olar ki, qida təhlükəsizliyinin idarə edilməsi üçün ən önəmli sistemlərdən biridir. Bundan daha geniş istifadə edirlər. Bunun sayəsində də artıq qida təhlükəsizliyi sistemində bütün mərhələlərdə nəzarət mexanizmini həyata keçirmək daha asan olur. Eyni zamanda qidaları saxlayarkən, daşıyarkən, bişirərkən, satışda olarkən bütün bu mərhələlərdə saxlanılma şəraiti və mal qonşuluğu prinsipi də çox önəmlidir. Buna da diqqət etmək lazımdır.

Bir çox hallarda qidanı zərərli amillərdən uzaq tutmaq üçün, insanlara zərər verməməsi üçün onu çirklənmədən qorumaq lazımdır. Çirklənmədən qorumaq üçün də bir neçə cür çirklənmə var. Fiziki-kimyəvi, bakterioloji çirklənmə var. Fiziki daha çox yad cisimlərlə çirklənməsidir. İstehsal prosesində hər hansı qidanın tərkibində olan şüşə, metal parçaları, bəzən plastik parçalar, daş, torpaq, taxta, kağız, insan, heyvan tükü, bu kimi çirklənmələr fiziki çirklənmələr adlanır. Bunlardan da qorumaq üçün qida təhlükəsizliyi qaydalarına əməl olunmalıdır. Bir çox hallarda kimyəvi çirklənmələr də daha çox təhlükəli ola bilir. Daha çox istifadə olunan qidanın hazırlanmasında istifadə olunan kimyəvi maddələr, qatqı maddələrinin istifadə edilməsidir. Eləcə də, əkin zamanı istifadə olunan hər hansı pestisidlər, digər kimyəvi gübrələrdir ki, bunlar da kimyəvi çirklənməyə səbəb ola bilər. Bunlardan da qorunmaq lazımdır. Bir çox hallarda da bəzən bu çirklənmələr bioloji çirklənmələr şəklində də qarşımıza çıxır. Bunlar da bir çox yoluxucu xəstəliklərə, təhlükəli xəstəliklərə səbəb ola bilər. Daha çox bioloji çirklənmə qida məhsullarının hazırlanmasında, qablaşdırılmasında, çatdırılmasında, qidanın düzgün saxlanılmaması nəticəsində olur ki, burada da qidanın tərkibindəki mikroorqanizmlər sürətli şəkildə çoxala bilir. Bu da insan orqanizmində zəhərlənməyə səbəb ola bilər".

"Qida məhsullarını həm daşıyarkən, həm satarkən, həm saxlayarkən qeyri-qida məhsulları ilə eyni yerdə saxlamaq yolverilməzdir.

Qida təhlükəsizliyi qaydalarında en önəmli məsələrdən biri qida ilə təmasda olacaq insanların və istifadə olunan qabların sanitar-gigiyenik norma və qaydalara əməl olunaraq hazırlanmasıdır. Xüsusilə də, bunu hazırlayan insanların ictimai iaşə obyektlərində vaxtında tibbi müayinədən keçməsi çox önəmlidir. İstifadə olunan qabların da mütəmadi olaraq hər dəfə yuyulması, steril olması çox önəmlidir. Əks halda qida qaynaqlı zəhərlənmələrin qarşısı alınmazdır. Bir çox hallarda da qida qaynaqlı zəhərlənmələr immun sistemi zəif olan, xroniki xəstəliyi olan insanlarda, yüksək risk qrupundan olan aşağı, yuxarı yaşlı insanlarda ölümlə nəticələnə bilər. Ona görə qidanın istehlakçıya çatan son mərhələsinə qədər qida təhlükəsizliyi qaydalarının hər birinə əməl olunması vacibdir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə