İllərdir həsrətində olduğum gün gəlib çatıb - Cəbrayıl sakini

“Sevindirici gündür, bu gün illərdir həsrətini çəkdiyim gün gəlib çatıb. Elimiz hər zaman bu cür şənliklərə şahid olsun”. SİA xəbər verir ki, bu sözləri Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Rahilə Əliyeva söyləyib.

O, bu gün üçün Prezidentə minnətdarlığını bildirib, şəhidlərə rəhmət və qazilərə cansağlığı arzu edib. "Uzun illərin həsrətinin bitməyinə səbəbkar olan Ali Baş Komandana təşəkkür edirəm, şəhidlərimizin ruhları şad olsun, qazilərə Allah şəfa versin", – o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə