DGK Tibbi Xidmət İdarəsinin nümayəndələri Astarada...

Sentyabrın 27-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Anım Günündə Astara şəhərində Şəhidlər Xiyabanını ziyarət ediblər.

SİA xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev, tibbi heyəti və əməkdaşlar 27 Sentyabr - Anım Günü münasibətilə Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla anıb, məzarlarının üzərinə tər çiçəklər düzüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə