"Bu, bir reallıqdır ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır"
Azərbaycan Dəmir Yolları fəaliyyətini müasir dövrün tələbləri əsasında quraraq sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması və əlavə dəyər yaratmaq məqsədilə yeniliklərə imza atır
Dövlət başçısı İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən bu fikri xüsusi qeyd edir ki, bu məqsədlərə nail olmaq üçün ilk növbədə iqtisadiyyat inkişaf etməlidir. Sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədə də Prezident İlham Əliyev bu mühüm reallığı xüsusi qeyd etdi ki, artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq.
Bu, bir reallıqdır ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana iqtisadi, həmçinin siyasi müstəqillik qazandırdı. Eyni zamanda, Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu imkanlar ölkələr, xalqlar arasında körpü rolunu oynamasına əsas verir. Ölkə iqtisadiyyatının inkişafında vacib amillərdən biri nəqliyyat sektorunun inkişafıdır. Artıq Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Ölkəmizin təşəbbüsü və bilavasitə liderliyi ilə reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu kimi layihələr yalnız iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından da diqqət çəkir. Onu da qeyd edək ki, bu günlərdə Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı keçirildi. Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya dəmir yolu administrasiyalarının rəhbər heyətləri və nümayəndələrinin iştirak etdikləri bu tədbirdə Avrasiya Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının təsis edilməsinə dair sənədlər, təşkilatın strukturu, işçi qrupların təşkili və digər mühüm məsələlər müzakirə edildi. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) artıq Orta Dəhlizin inkişafı üçün “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası çərçivəsində islahatlarda fəal iştirak edir. İslahatlar nəticəsində Çindən Qazaxıstan, Azərbaycan və Gürcüstan vasitəsilə yük daşımalarının səmərəli təşkili üçün komissiyalar və işçi qrupları yaradıldı. “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” çərçivəsində Azərbaycanın Gürcüstan və Türkiyə ilə uğurlu əməkdaşlığı davam edir. Yeni “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının məqsədi isə Orta Dəhlizin daha da genişləndirilməsidir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycanın təşəbbüsü və aparıcı rolu ilə reallaşan hər bir layihə ölkəmizin dünya birliyində siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr həm də digər ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır. Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin fəal üzvü olan Azərbaycan Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü daim dəstəkləyir, qonşu ölkələrin qlobal layihələrə qoşulmaq istəklərini yüksək dəyərləndirir. Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer alması təbii ki, ölkəmizin coğrafi mövqeyinə, malik olduğu imkanlara əsaslanır. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan mühüm rol oynayır.
Milli Məclisin deputatı onu da əlavə edib ki, bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar həcmində sərmayələr artıq qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Nəqliyyat sektoruna qoyulan sərmayələr uzunmüddətli sərmayədir. Bu vəsaitlər insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün yatırılır. Dövlət başçısı İlham Əliyev bu ilin 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra yeni dövrün hədəflərini özündə ehtiva edən andiçmə mərasimində Azərbaycanın iqtisadi inkişafından geniş bəhs edərək bu çağırışı etdi ki, nəqliyyat sahəsində işləri davam etdirəcəyik. Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Azərbaycana həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq. O da qeyd edildi ki, üstünlüyümüz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etməyimizdədir.
Vüqar Rəhimzadə Azərbaycanın dəmir yollarının böyük və zəngin tarixə malik olduğunu önə çəkərək bildirib ki, ilk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. Hazırda Azərbaycan Dəmir Yolları (ADY) fəaliyyətini müasir dövrün tələbləri əsasında quraraq sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması və əlavə dəyər yaratmaq məqsədilə yeniliklərə imza atır. ADY sərnişin məmnuniyyətini yüksəltmək üçün bu ilin 23 sentyabr tarixindən loyallıq proqramının tətbiqinə başlayıb. Bu proqrama əsasən, şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradılır. Azərbaycan Dəmir Yolları, həmçinin 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçəcək. Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. ADY-nin təqdim etdiyi yeniliklərdən biri də 23 sentyabrdan etibarən bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsinin qurulmasıdır. Oktyabr ayından etibarən qatarlarda da ödənişsiz “Wi-Fi” şəbəkəsi istifadəyə veriləcək. Bütün bu addımlar vətəndaş məmrunluğunun artırılmasına xidmət edir. Bu tədbirlər, eyni zamanda, bir daha sübut edir ki, Azərbaycan dövlətinin həyata keçirdyi siyasətin təməlində məhz vətəndaş amili dayanır. Onların sosial müdafiəsinin gücləndirilməsi, rahat həyat şəraitinin təmin edilməsi əsas prioritetlər sırasındadır. Onu da qeyd edək ki, 2024-2025-ci tədris ilinin başlaması ilə əlaqədar sərnişindaşımada artan tələbatın təmin olunması, sərnişinlərin vaxtında və təhlükəsiz mənzil başına çatdırılması, eləcə də xidmət keyfiyyətinin təmin edilməsi məqsədilə zəruri işlər görülüb. Cari ilin avqust ayı üçün göstəricələrə diqqət yetirsək görülən işlərin, vətəndaşların razılığının yüksək səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik. Əldə edilən müsbət nəticələr qarşıya qoyulan hədəflərə doğru daha inamla addımlamağa stimul verir.
Milli Məclisin deputatı vurğulayıb ki, nəqliyyat imkanlarımız getdikcə daha da genişlənir. Regionlarımızda, o cümlədən azad edilmiş ərazilərdə qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması, həyata keçirilən infrastruktur layihələri – yolların, dəmir yolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla bütün bölgələrdə iqtisadi inkişafın dayanıqlılığını möhkəmləndirir. İqtisadiyyatın şaxələndirilməsində infrastruktur layihələrinin uğurlu icrası əsas rol oynayır. Dövlət başçısı İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bildirdi ki, həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr - bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...
Siyasət 15 Oktyabr 12:12“Azərbaycanda bank sektorunda təmərküzləşmə səviyyəsi son dörd ildə azalıb“ -ŞAHİN MAHMUDZADƏ
Siyasət 15 Oktyabr 11:59“Azərbaycanda əhalinin borc yükü 18,7 faizə yüksəlib“ -ATAXAN HƏSƏNOV
Siyasət 15 Oktyabr 11:54SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 15 Oktyabr 11:51Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
İdman 15 Oktyabr 11:48Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Hadisə 15 Oktyabr 11:47Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



