Müdafiə Sənayesi Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkını ziyarət edib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün – sentyabrın 27-si Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırlar. Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Anım Günündə nazir Vüqar Mustafayev və nazirliyin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkına gələrək 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər, xatirə daşının önünə gül dəstələri düzüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə