ƏƏSMN kollektivi İkinci Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib - FOTOLAR

Anım Günü münasibətilə xalqımız ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, nazirliyin kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri qoyublar.

Nazirliyin əməkdaşları paytaxtdakı Zəfər parkını da ziyarət ediblər.

Parkın girişində xatirə daşının önünə gül dəstələri düzülərək qürur mənbəyimiz olan qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə