27 Sentyabr - Anım Günü ilə əlaqədar fləşmob təşkil olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 27 Sentyabr - Anım Günü ilə bağlı fləşmob təşkil edib. SİA xəbər verir ki, Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış 100 nəfərdən artıq məcburi köçkünün iştirak etdiyi fləşmobda şəhidlərimizin ruhuna ehtiramın və Vətən müharibəsində qazanılan Zəfərin rəmzi olan Xarıbülbül gülünün təsviri yaradılıb.

Məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması çərçivəsində həmin fləşmob haqqında hazırlanmış videoçarxda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəşadətli ordumuz, qəhrəman əsgər və zabitlərimiz, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda canını qurban verən şəhidlərimiz, xalqımızın qürur mənbəyi olan möhtəşəm Zəfərimiz barədə söylədiyi fikirlər yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə