“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə, onların elmə, təhsilə marağının artmasına yönəlmiş layihələri ardıcıl olaraq icra edir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması vacibdir”. Bu sözləri İctimai Birliyin sədri, tibb və iqtisad elmləri namizədi Akif Kərimov əməkdaşımızla söhbətində deyib.
O, vurğulayıb ki, son dövrlər, xüsusən social şəbəkələrin mənfi təsirləri bəzi gənclərin mənəvi tərbiyəsinə mənfi təsire dir. Biz gənclərimizi bu kimi təsirlərdən qorumalıyıq. Bu, bizim vətəndaşlıq borcumuzdur.
Akif Kərimov qeyd edib ki, “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi istər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə, istərsə də öz daxili imkanları hesabına bu mövzuda ardıcıl tədbirlər keçirir. Agentliyin maliyyə dəstəyi ilə keçirilmiş “Gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə dair tədbirlərin təşkili” layihəsi də bu qəbildəndir. Bununla bərabər “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi uzun illərdir ki, yazılı və onlayn mətbuat səhifələrində gənclərin mənəvi tərbiyəsi, onların vətəndaşlıq mövqeyinin formalaşdırılması istiqamətində maarifçilik işi aparır. Təşkilat bu gün də bu işləri davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB