“Pandemiyadan sonra insanların immun sistemi xeyli zəifləyib” - HƏKİM DANIŞDI

“Nəzərə almaq lazımdır ki, covid-19 pandemiyası bitsə də hələ yoluxmalar davam edir, kiçik epidemik ocaqlar var. Omikron ştambnın mutasiya variantları bu və ya digər şəkildə özünü göstəri. Bütövlükdə isə virus zəifləməkdə davam edir”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Adil Qeybulla deyib.

O bildirib ki, hər zaman payız zamanı qrip və çoxsaylı mikroorqanizmlər fəallaşa bilir: “Havanın dəyişməsi birbaşa olaraq orqanizmə öz təsirini göstərir. Həmçinin pandemiyadan sonra insanların immun sistemi xeyli zəifləyib. Buna görə də hazırda müxtəlif virus xəstəlikləri var.
Əgər ümumi halsızlıq, baş və bel ağrıları varsa, mütləq yataq rejiminə keçmək, bol maye qəbul etmək və həkimin təlimatlarına uymaq lazımdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə