650 minə yaxın işaxtaran işlə təmin olunub

650 minə yaxın işaxtaran işlə təmin olunub

Son altı ildə məşğulluq orqanları tərəfindən 650 minə yaxın işsiz və işaxtaran şəxs münasib işlə təmin olunub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda sentyabrın 26-da Bakıda keçirilən beynəlxalq konfransda bildirib.

Nazir müavini, həmçinin qeyd edib ki, həmin dövrdə 36 mindən artıq şəxs peşə hazırlığına, 2,6 mindən artıq şəxs əməkhaqqının birgə maliyyələşməsi proqramına, 86 mindən çox şəxs isə özünüməşğulluq proqramına cəlb olunub.

Anar Əliyev bildirib ki, vahid platformadan, şəffaf və operativ, vətəndaş məmnunluğuna nail olunmaqla təqdim edilməsi məqsədilə yaradılmış DOST mərkəzləri ölkənin yeni brendinə çevrilib. 2019-cu ilin may ayından bu günə kimi DOST Agentliyi və bundan sonra 7 DOST mərkəzi açılıb. 159 xidmətin təqdim edildiyi həmin mərkəzlərdə ötən dövrdə 2,4 milyondan çox vətəndaşa xidmət göstərilib və həmin xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 97,5 faizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə