"Qadın olsam da, "Müasir qadın tək qadındır" fikri məni narahat edir" - PSİXOLOQ İZAH ETDİ
"Qadın olsam da, "Müasir qadın tək qadındır" fikri məni narahat edir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

O bildirib ki, ona görə narahat edir ki, qadın əvvəlcə daşıyıcıdır: "Qadın tək olmur, qadının düşüncələri tək ola bilər. Tək düşüncədə özünü təkliyə qapada bilər. Amma bir qadının həyatında atdığı addımlar, karyerasını qurmaq, o karyeranın arxasınca getmək, o demək deyil ki, qadın hər şeyə "yox, yaxud, "əlvida" deməlidir. Burada bir məqam var, sonunda heç bir peşə insana təşəkkür etmir. İnsana qalan ailəsi olur. Onun bir həyat boyu güzgüsü olan övladları, ailənin güzgüsü olan ananın elə obrazları önfikirdə olur ki, insan hər hansı keçmiş düşüncəsinin terapiyasını edərkən o pilləkənləri necə qalxdığını görür. Ağrılı yollarla getmək bu insanın ən gözəl sütunudur. Qədd-qamətini daha da düz edir. Pilləkənləri qalxarkən insan bir az da kürəyini arxaya, ayaqlarını qabağa edir, rahat şəkildə qalxsın deyə. Pilləkənləri düşərkən 15-ci mərtəbə belə olsa, qaça-qaça düşürsən. Deməli, əsas məsələ qadının düşüncəsi, addımını atmasıdır. İnsanları bir-birindən ayıran düşüncə olduğu üçün insanın düşüncəsini dəyişən məqamlar sadəcə onun yaxşılığa doğru getdiyi addımlarında olmalıdır. Hər bir düşüncəsində necə qurmağı, yaratmağı düşünməlidir. Amma bu o demək deyil ki, qadın tək olmalıdır, kişisiz həyat keçirməlidir, kişilərini arxa planda qoymalıdır. Kişini arxa planda qoyan qadın atasını, qardaşını, həyat yoldaşını və oğlunu arxada qoyur. Bu dörd varlığı düşünən qadın necə gələcəkdə hər hansı kişinin uğuruna sevinməyə bilər. Çünki bunlardan dördünün biridir. Öncə onu böyüdür, ona təhsil verir, daha sonra həyatı yollarında olacaq məsələləri deyir. Ata faktoru ilə gəlir. Bu gün bu düşüncələr demək olar ki, bəylərimizi tamamilə arxa plana atır. Düşüncəsi olan, gözəl əqidəsi olan, hər hansı işdə qabağa gedən bir kişini bu sözlər boğmağa başlayır. Çünki həqiqətən də, kişilər uşaq kimidir. Sözün təsirinə düşür. Özünü bacarıqsız hiss edir. Bir ailəni məhv etmək istəyirsənsə, o ailənin kişisindən məhv etməyə başla. Onun gücsüz, yararsız olduğunu ona bildir. Burada qadın güclü olmalıdır. Ən birinci savad da, karyera da ailədən başlayır".
"Müəyyən məqamları düşündükdə işləyən qadın dsiplinli qadın olur. Hər şeyi vaxtında etməyi bacarır. Çünki artıq beyninin proqramı qurulur. Qurulan proqramın içində nəyi necə edəcəyini çox gözəl bilir. Bunları da nəzərə alıb yaradıcı və düşünən beyni olan qadının işi 6-da bitirsə, beş tamamda evə yola salmaq lazımdır, ağır tıxaclarda qalıb vaxtı getməsin deyə. Daha da ailənin möhkəmlənməsinə gətirib çıxardıqca, bu hallar da ailədə dsiplin düzgün gedərsə, boşanmanın da, evdə qadının da deyinməsinin qarşısını alar. Məntiqlə düşünəndə görəcəksiniz ki, həqiqətən də, qadın o qədər gözəl düşünməyi bacarır ki, ən xırda materialdan belə süfrəsini nə qədər gözəl düzəldib. Bunu düşünüb ortaya gətirən qadın demək ki, daha ağıllı həm iş qadınıdır, həm də ailə qadınıdır", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB