"Kitab oxumaq vərdişlərini ziyalılar, alimlər, müəllimlər insanlara aşılaya bilər, bu vərdişi onlarda formalaşdıra bilər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub deyib.

O bildirib ki, bunun üçün onlar oxuduqları faydalı kitablardan qısa, on dəqiqəlik canlı yayımlarla sosial şəbəkələrdə danışa bilərlər: "Bu yol varsa, insanlarda kitaba maraq oyanar. Kitabın fərqi yoxdur, haradan oxumalısan. Son vaxtlar kitabı kompüterdən oxuyuram. Heç bir fərqi yoxdur. Daha işıqlı, daha rahatdır. O effekti verə bilər, bizə elə gəlir ki, həmin effekti vermir. Çox gözəl də effekt verir. Kimə necə rahatdırsa, o cür də oxumaq lazımdır, əsas kitabın məzmunudur.
Hansı formada oxumaq önəmli deyil. Telefondan da, kompüterdən oxuya bilərik. Əsas odur ki, kitabın məzmununu anlayaq. Adətən ümumi mütaliə klassik ədəbiyyat, müasir ədəbiyyat, dünyada tanınmış ciddi ədəbiyyatlar, tarix, psixologiya, özünü inkişaf haqqında kitabları oxumaq lazımdır. Sosioloji kitablar oxumaq lazımdır. Bu kitablar daha faydalı ola bilər. Kitabın mövzusu ilə insanın xarakterini müəyyən etmək haradasa mümkündür, amma tam yox. Dedektiv roman sevmək o demək deyil ki, insan cinayətə meyllidir. Belə deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB