Azərbaycan təamları Yunanıstanda yemək sərgisində təqdim olunub

“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Saloniki şəhərində Plaz Aretsusda meydanında keçirilən 23-cü “Food for Good” - ənənəvi Beynəlxalq Qida Festivalında iştirak edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan mətbəxi və ənənələrini beynəlxalq festivallarda tanıtmaq və milli dəyərlərimizi təbliğ etmək məqsədilə cəmiyyətin üzvləri festivalda Azərbaycan plovu, dolma, qutab, paxlava, Azərbaycan çayı, şərab və digər təamlarla təmsil olunub, iştirakçılara təqdim ediblər.

Qeyd edək ki, hər il keçirilən ənənəvi qida festivalında 40-dan çox ölkənin mətbəxi təmsil olunur və 2000-dən artıq ziyarətçi axını olur. Yığılmış vəsait Yunanıstanın Filiro bölgəsində yerləşən yunan uşaq evinə ianə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə