"Psixi xüsusiyyətlərinə görə fərqli insanlar var" - PSİXOLOQ İZAH ETDİ

"Valideynlə uşaq arasında güvən bağının yaranması təbiidir ki, valideynin hamilə qaldığı dövrdən övladı ilə quracağı ünsiyyətdən irəli gəlir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

O bildirib ki, övlad ilə edilən söhbətlər, müxtəlif hamilə terapiyaları var ki, hamilə vaxtından artıq o güvən bağları qurulur: "Digər tərəfdən isə valideynlə uşaq arasında uşaq doğulduqdan sonra 0-3 yaş aralığında, ilkin mərhələdə ana südü ilə qidalandırma və övladını qidalanmadan sonra özünün yerinə qoyub rahatlıqla yuxuya getməsi ilkin güvən bağıdır. Artıq qarnı tox olan körpə ananın sinəsindən aldığı istilik, duyğuların oyanması ilə rahat yatır.

Valideynlə uşaq arasındakı müəyyən sərhədlər var ki, o sərhədlər gələcəkdə onların bir-birini anlamamasına, bir-birinə qarşı olacaq kobud rəftarlara gətirib çıxarır. Bilirik ki, uşaqların ikinci şəxsiyyət dövrü məktəbə gedən dövrdür ki, ilkin bağlar o zaman, valideyn dərsi tələb edərkən, səhər tezdən onu oyadarkən yaranan düşüncədə olur. "Anam məni istəmir, çox istəsə, məni dərsə görə danlamaz, döyməz" bu kimi düşüncələrə qapılırlar. Çünki biz ədəbiyyata əsaslanaraq yox, dinlədiyimiz həyat hekayələrinə əsaslanaraq illər sonra bu sualların cavabını daha rahat verə bilirik. Çünki bu, işlədiyimiz uşaqların, söhbət etdiyimiz valideynlərin, yeniyetmələrin dinləməsindən irəli gəlir ki, artıq kimə hansı anda güvən bağları qırılıb, nə vaxtdan o güvən bağlarının arasında sərhəd yaranıb praktik olaraq daha dəqiq isbatını verə bilirik. Sanki teorem, tənliyin "x"-ni rahatlıqla tapmış oluruq".

"Odur ki, valideynlər körpənin onlardan asılı olacağını düşünüb övladları ilə məsafə saxlayırlar.
Bəzi insanlar var ki, psixi xüsusiyyətlərinə görə fərqli insanlardır. Bu cür insanların da övladlarına yanaşma tərzi fərqli olduğundan bəzən deyirlər ki, özündən uzaq tut, özündən asılı saxlama, yaxud da, "bu uşaq hər zaman "ana" deyir, sən ona "ay can" deyirsən. Bu nə tərbiyədir". Bu yanlış düşüncələri ola bilsin məsləhət verən alim olsun, amma uşaq psixologiyasından xəbəri olmadığından bu cür yanlış yönləndirmələr övladla ana arasındakı güvən bağlarının da qırılmasına gətirib çıxara bilir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə