Hərbi qulluqçular qanvermə aksiyasında iştirak ediblər

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ucar regional idarəsinin hərbi qulluqçuları qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək vermək məqsədilə ənənəvi keçirilən könüllü qanvermə aksiyasında iştirak ediblər. Agentlikdən SİA-ya bildirilib ki, aksiya çərçivəsində donorlar əvvəlcə xüsusi tibb briqadasına daxil olan həkim-hematoloqların nəzarətindən keçib, onların sağlamlıq durumu müəyyənləşdikdən sonra aksiyada iştirakları təmin olunub.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımızın müalicəsində istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə