184 mindən çox gənc müxtəlif məşğulluq tədbirlərinə cəlb olunub

Cari ilin 8 ayında 184 min 122 gənc müxtəlif məşğulluq tədbirlərinə cəlb olunub. Bu barədə SİA-ya Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, 39 min 427 gənc münasib işlərlə təmin edilib, 1048 gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb.

Agentlik qeyd edib ki, 5647 gənc əmək bazarının aktual istiqamətləri üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Əsasən gənclərdən ibarət 138 min şəxsə isə peşəyönümü məsləhət xidmətləri göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə