“Azərbaycanda startuplar üzrə dünya çempionatının regional mərhələsi keçirilir” - Fərid İsmayılzadə

“Azərbaycanda ilk dəfə olaraq startuplar üzrə dünya çempionatının regional mərhələsi keçirilir. Startupların dünya çempionatı qlobal tədbirdir və hər il San-Fransiskoda təşkil olunur”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ‘‘Technovate-Sabah Mələk İnvestorlar Klubu’’nun qurucusu Fərid İsmayılzadə deyib.

O bildirib ki, təxminən 70 ölkənin qalibi San-Fransiskoda biri-birləri ilə yarışır: “Yekun mərhələdə qalib şəxsə təxminən 1 milyon dollarlıq pul mükafatı verilir ki, o layihəsini həyata keçirə bilsin. Ölkəmizdə isə ilk dəfə olaraq keçirilir və bu gün qalibimizi seçib, San-Fransiskoya yollayacağıq. Tədbir oktyabr ayında orada təşkil olunacaq və 70 ölkə içərisindən qalib seçiləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə