Ağcabədidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinləniləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 25-də Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Laçın və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək. Dövlət komitəsindən SİA-ya bildiriblər ki, qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyasının Ağcabədi Rayon Təşkilatının inzibati binasında (ünvan: Ağcabədi şəhəri, Heydər Əliyev prospekti 213 A) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinə (əlaqə vasitələri: (050) 315 53 52, (021) 275 52 00, chairman@scara.gov.az, dk-agcabedi@scara.gov.az) müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə