"Təmir iki mərhələdə aparılacaq” - QURUM RƏSMİSİ AÇIQLADI

““Həzi Aslanov” stansiyasında təmir işləri gözlənilir, bu barədə ictimaiyyətə ətraflı məlumat verilib. Hazırda isə təmir prosesinin ilkin hazırlıq mərhələsi yekunlaşdırılıb. Təmir iki mərhələdə aparılacaq”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, təmirin birinci mərhələsində stansiyanın sərnişin girişinə bağlanması nəzərdə tutulmayıb: “Lakin yaşıl və qırmızı xətlər üzrə qatarların hərəkət qrafikində dəyişikliklər ediləcək. Həmin ərəfədə bununla bağlı ictimaiyyətə geniş şəkildə məlumat veriləcək.

“Nizami” stansiyasında isə əsaslı təmir işləri stansiyada eskalatorların təmiri ilə bağlıdır. Çünki “Nizami” stansiyasındakı eskalatorların 50 illik istismar müddəti 2026-cı ildə yekunlaşacaq. Bu səbəbdən yeniləri ilə əvəz olunması nəzərdə tutulub. Həmin ərəfədə aparılacaq digər təmir işləri ilə bağlı da sərnişinlərə ətraflı məlumat veriləcək. Eyni zamanda hazırda “Cəfər Cabbarlı” stansiyasının bir platforması və bir stansiya yolunda təmir işləri gedir. Aparılan işlər yekunlaşdıqda da bu barədə də daha geniş məlumat veriləcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə