FHN-in nümayəndələri beynəlxalq seminarda

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev və Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının əməkdaşı Oruc Cəfərov Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən “Mühüm ictimai tədbirlərin nüvə təhlükəsizliyi və fövqəladə cavab tədbirləri” adlı seminarda iştirak edib. FHN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təşəbbüsü ilə təşkil edilən seminarın keçirilməsində əsas məqsəd mühüm ictimai tədbirlərin nüvə təhlükəsizliyinin təmin edilməsi sisteminin qurulması və tətbiqi işinin təşkil edilməsi haqqında tədbirlərin təşkilatçı ölkələrini məlumatlandırmaq olub.

Tədbir zamanı ekspertlərin irimiqyaslı tədbirlərdə radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində təqdimatları dinlənilib, həmçinin mühüm əhəmiyyətli tədbirin keçiriləcəyi şərti ərazilərdə gizlədilən radioaktiv mənbələrin müəyyən edilməsi və növünün təyin edilməsi üzrə məşğələlər təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə