“Vikipediya”da şəhidlərimizlə bağlı məqalələrin silinməsinə AMEA-dan reaksiya
Vətən müharibəsi şəhidləri ilə bağlı “Vikipediya”da yaradılan məqalələrin silinməsində Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fəaliyyət göstərən könüllü qrupların heç bir əlaqəsi yoxdur. SİA xəbər verir ki, bu barədə AMEA mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
“Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizlə bağlı məqalələrin silinməsini düzgün olmayan səhv addım kimi qeyd edir və buna təəssüfləndiyimizi bildiririk”, - deyə açıqlamada qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə