“Bakı Metropoliteninə üç il ərzində 13 yeni qatar və ya 65 vaqon gətirilməlidir. 2024-cü il ərzində Bakı Metropoliteninə qatarların əksər hissəsi, yəni 7 qatar gətirilməlidir. Hazırda 2 qatar artıq Bakıya çatdırılıb”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, qatarlar iki qatar olmaq şərtilə gətirilir: “Gətirilən qatarlarda yoxlama, sınaq işlərinin başlanılması müvafiq sənəd işləri başa çatdıqdan sonra başlayacaq.
Noyabr-dekabr aylarına qədər gətiriləcək 7 qatarın hər biri xəttə buraxılacaq. Bununla da Bakı Metropolitenində “Həzi Aslanov-Dərnəgül” istiqamətində qatarların əksər hissəsini yeni nəsil qatarlar təşkil edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə