Qonşuları narazı salan təmir PROBLEMİ: cəzası nədir? - MÜNASİBƏT BİLDİRİLDİ

Qonşuları narazı salan təmir PROBLEMİ: cəzası nədir? - MÜNASİBƏT BİLDİRİLDİ

"İnzibati Xətalar Məcəllənin 521-ci maddəsinə əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə də cərimələr var". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, qeyd edilənlərlə bağlı fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cəriməsi nəzərdə tutulub: "Qeyd olunan maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Yəni bu hallar baş verdiyi təqdirdə vətəndaş hadisənin baş verdiyi yerin polis orqanına müraciət edə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən hər kəsin istirahət hüququ vardır

Eyni zamanda Şəhərsalma və Tikinti Məcəlləsinin Eyni zamanda 14.1-ci maddəsinə Şəhərsalma və tikintiyə dair normativ sənədlər sistemi əhali üçün sağlam və təhlükəsiz yaşayış, iş və istirahət mühitinin (şəraitinin) yaradılması məqsədlərinə xidmət edir. Yəni istirahət hüququ bizim konstitusion hüququmuzdur. Belə hüququn pozulması qeyd olunan inzibati məsuliyyətə səbəb olur

Həftənin şənbə və bazar günləri, yəni əhalinin istirahət etdiyi günlər də binalarda səs-küylü təmir işlərinin aparılması qanunvericiliyə ziddir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə